Laçında ayı balası-FOTO
03 avqust 2025 13:46 (UTC +04:00)

Laçında ayı balası-FOTO

 

Laçında ayı balasının görüntüləri marağa səbəb olub.

Lent.az xəbər verir ki, Laçın dağlarında ayı balası ağaca dırmanarkən maraqlı anları ilə diqqət çəkib.

Kadrlar Laçın Dövlət Təbiət Yasaqlığının Çorman kənd ərazisindəki meşəlikdə qeydə alınıb. Ağacın bir neçə metr hündürlüyünə çıxan ayı balası daha sonra oradan enərək yaşıllıqlar arasına qaçaraq gözdən itib. Həmin kadrları təqdim edirik.

Qeyd edək ki, kadrlar yasaqlıq əməkdaşı tərəfindən təhlükəsizlik qaydaları nəzərə alınaraq çəkilib.

Xatırladaq ki, Laçın təbiətində, qonur ayı, canavar,  adi tülkü, çaqqal, qayakeçisi və ya bezoar keçi, ceyran,  maral, cüyür, qaban, İran sincabı, süleysin və bir çox məməlilər sinfinə daxil olan heyvanlara rast gəlinir.

 

Elgün Gəncimsoy

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434

Oxşar yazılar