Hava  DƏYİŞİR:   güclü külək, yağış, qar...
19 dekabr 2021 13:19 (UTC +04:00)

Hava DƏYİŞİR: güclü külək, yağış, qar...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi haqqında xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 20-si səhər cənub-qərb küləyinin 21-i səhər şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-18 m/s, arabir 20 m/s, yarımadanın bəzi yerlərində arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

21-i gecə və səhər saatlarında yağış yağacağı ehtimalı var.

Dekabrın 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 22-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 20-21-də arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

# 4110
avatar

Oxşar yazılar