FHN-in Qarabağ ermənilərinə göndərdiyi ərzaq Xankəndiyə gedir  - FOTO
22 sentyabr 2023 08:38 (UTC +04:00)

FHN-in Qarabağ ermənilərinə göndərdiyi ərzaq Xankəndiyə gedir - FOTO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.

Lent.az xəbər verir ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb.

Avtomobillər Ağdam rayonu ərazisindən Əsgərana doğru hərəkət edir.

Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.

Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaq.

# 7101
avatar

Oxşar yazılar