Bu gün Füzuli şəhərinə növbəti köç karvanı baş tutub.
Lent.az xəbər verir ki, növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə şəhərə daha 25 ailə - 72 nəfər köçürülür.
Bununla da Füzulidə 283 ailə - 1000 nəfərin daimi məskunlaşdırılması təmin edilib.