Cərimələrin birdən-birə  bu qədər qaldırılması   doğru deyil - Deputat
23 fevral 2024 13:32 (UTC +04:00)

Cərimələrin birdən-birə bu qədər qaldırılması doğru deyil - Deputat

İnzibati tənbehin məqsədləri ilə cəzanın tətbiqi anlayışları tamamilə fərqlidir.

Lent.az APA-ya istinadən  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, inzibati tənbehdə məqsəd tərbiyələndirmədir, cəzanın məqsədi isə cinayət törətmiş şəxs üçün məhrumiyyətlərin yaradılmasıdır: “345 manat minimum əməkhaqqı olan ölkədə cəriməni birdən birə 40 manatdan 200 manata qaldırmaq haradan tənbeh olur?! Bunun harası şəxsi tərbiyələndirməkdir?!

Məhrumiyyət yaratma yalnız cinayət əməlinə görə olmalıdır. Cərimələrin birdən-birə bu qədər qaldırılması doğru deyil. əgər şəxs əməlindən peşman olmursa, eyni əməli il ərzində təkrarlayırsa, onun üçün cinayət məsuliyyəti müəyyənləşdirək, yoxsa, cəriməni bu qədər qaldırmaq olmaz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5514
avatar

Oxşar yazılar