Bakıya leysan yağır - GÜNÜN HAVASI
28 oktyabr 2024 09:55 (UTC +04:00)

Bakıya leysan yağır - GÜNÜN HAVASI

Müşahidə olunan hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, xidmət tərəfindən əvvəlcədən xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.

Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir. Bunu xidmət rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Oxşar yazılar