AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA
29 mart 2024 12:00 (UTC +04:00)

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi.

Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqda qınayıb.

Lent.az xəbər verir ki, telekanalın mətbuat katibi Rüfət Seyidov bildirib ki, əvvəlcə sözügedən müsahibənin martın 28-də yayımlanacağı anons edilsə də, sonradan həmin məlumat AzTV-nin sosial şəbəkə hesablarından silinib:

“Müsahibənin efirə getməsi tək bizdən asılı məsələ deyil. “Müsahibənin indi verilməsi nə qədər doğrudur?” sualı ilə üzləşmişdik. Dünən biz müsahibənin axşam yayımlanacağı ilə bağlı anons da vermədik. Doğrudur, martın əvvəlində anons yaymışdıq. Daha sonra gördük ki, müsahibənin verilməsi ilə bağlı bəzi dəqiqləşmələrə ehtiyac var. Ona görə də həmin anonsları bütün sosial şəbəkə hesablarımızdan sildik ki, tamaşaçılarda çaşqınlıq yaranmasın.

Dünən saytlarda və sosial şəbəkələrdə yayılan informasiyalar isə martın əvvəlində gedən və silinmiş anonsa istinad idi. Sanki vətəndaşlarda assosiasiya yaranmışdı ki, martın 28-də müsahibə mütləq efirə gedəcək”.

Bununla belə, Rüfət Seyidov müsahibənin efirə veriləcəyini də söyləyib:

“Müsahibə mütləq gedəcək. Lakin vaxt məlum deyil. Zaman bəlli olan kimi, müsahibənin gedəcəyi gün barədə məlumat verəcəyik”./modern.az

# 4734
avatar

Oxşar yazılar