Azərbaycanda ŞOK:  15 yaşında ərə verilən qız döyülərək EVDƏN QOVULDU - FOTO
10 yanvar 2022 12:49 (UTC +04:00)

Azərbaycanda ŞOK: 15 yaşında ərə verilən qız döyülərək EVDƏN QOVULDU - FOTO

Azərbaycanda 15 yaşlı qız 2 uşaq dünyaya gətirib.

Lent.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşım edib.

O bildirir ki, həmin xanımın əri cinayətə görə 13 il cəza alıb:

“15 yaşında ərə verilən xanımın 2 övladı dünyaya gəlib. Əri oğurluq və başqa cinayətlərə görə həbs edilərək 13 il cəza alıb. Həbsdən çıxdıqdan sonra qayınanası və əri qadının bütün əşyalarını, qızıllarını əlindən alaraq evdən qovub. Ər isə barışmaq adı ilə qızın ata evinə gələrək orada dəfələrlə onu döyüb”.

Qadın hadisə ilə bağlı polisə müraciət etsə də, ona ərizəsini geri götürməsi üçün təzyiq edilib:

“Polisə qadın müraciət etdikdən sonra kənd axundları, mollalar, qohumlar barış və ərizəni götür deyə təyziq ediblər. Qadın məcbur olub ərizəni götürdükdən sonra acımasız şəkildə yenidən döyülüb. Qadının hazırda başında 7 tikiş, qolunda, üzündə yara izləri qalıb”.

# 6168
avatar

Aytəkin Cəlali

Oxşar yazılar