Azərbaycanda iyun ayında qar yağdı - FAKTİKİ HAVA
23 iyun 2023 09:26 (UTC +04:00)

Azərbaycanda iyun ayında qar yağdı - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi şimal və qərb rayonlarında yağıntılar intensiv və güclü olub. İyunun 22-də axşam saatlarında Şahdağa  qar yağıb. 

Lent.az xəbər verir ki, düşən yağıntının miqdarı Zaqatalada 44, Göygöldə 34, Şəkidə  30, Daşkəsəndə 32, Qəbələdə 26, Gəncədə 25, Balakəndə 23, Gədəbəydə 19, Oğuzda 18, Qaxda 16, Tovuz, Qrız, Ceyrançöldə 12, Mingəçevir, Şahdağ, Qusar, Şəmkir, Naftalan, Şərur, Quba, Ağdam, Tərtər, Ağstafa, Naxçıvan, Şahbuz, Sədərək, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Sabirabad, Lerikdə 8 mm–dək olub. 

İyunun 22-də saat 20:00-da Oğuz rayonu ərazisindən axan Əyriçaydan sel keçib.

Daşkəsən, Naftalan, Göygöl, Şahdağ, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 100 metrədək məhdudlaşıb.

İyunun 22-də şimal-qərb küləyi arabir Naxçıvanda 20 m/s, Şabranda 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu iyunun 22-də iqlim normasından 1 dərəcə aşağı  olaraq Bakı, Abşeron yarımadası və Naxçıvan MR-da 31, dağlıq rayonlarda 16, Aran rayonlarında 30 dərəcəyədək isti təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 45262

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07