Azərbaycanda bu döyüş sursatları  məhv ediləcək
08 sentyabr 2024 17:27 (UTC +04:00)

Azərbaycanda bu döyüş sursatları məhv ediləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, döyüş sursatlarının məhv edilməsi prosesi 09.09.2024-cü il tarixdən 13.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750
avatar

Oxşar yazılar