Avtobuslarda kondisionerlər nə zaman işə düşəcək? - RƏSMİ AÇIQLAMA
31 may 2021 13:54 (UTC +04:00)

Avtobuslarda kondisionerlər nə zaman işə düşəcək? - RƏSMİ AÇIQLAMA

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzu ictimai nəqliyyatda kondisionerlərin nə zaman işə düşməsi ilə bağlıdır.

Lent.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib ki, ictimai nəqliyyatda kondisionerin istifadəsinə dair qəbul edilən normalar var:

“Normalara görə, havanın temperaturu davamlı olaraq yüksək olarsa, daşıyıcılara kondisionerlərin işə salınması ilə bağlı tapşırıqlar verilir. 

Artıq hava temperaturunun artması və yay mövsümünün başlaması ilə əlaqədar BNA-dan şirkətlərə tapşırıqlar verilib. Qısa müddət ərzində fəaliyyətdə olan avtobuslarda kondisionerlər işlək vəziyyətə gətiriləcək”.

Əlavə edək ki, bu gündən etibarən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan və AVRO-5/AVRO-6 standartlarına cavab verən müasir avtobuslarda havasərinlədici sistemlərin qoşulmasına başlanıb.

Şirkətdən bununla bağlı bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə gün ərzində havanın temperaturunun müəyyən edilmiş səviyyəyə çatması ilə avtobuslarda kondisionerlər işlək vəziyyətdə olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2844
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar