Ermənistanda “yumurta oğurluğu”
14 sentyabr 2011 15:00 (UTC +04:00)

Ermənistanda “yumurta oğurluğu”

Lent.az-ın xəbərinə görə, nazir müavini Qrişa Baqiyan hər ay Ukraynadan 1 milyon yumurta idxal olunduğunu, ciddi yoxlamalardan sonra bunların 350 000-nin geri qaytarıldığını açıqlayıb. Lakin qəzet faktlar əldə edib.

Qəzet yazır ki, “Gömrüyün məlumatına görə, bu ilin 6 ayı ərzində ölkəyə 15.1 milyon yumurta gətirilib. Bu hesabla ayda 1 deyil, 2.5 milyon yumurta idxal edilir. Heç biz mağazada isə xarici – Ukrayna etiketli yumurtaya rast gəlinmir. Ordunun da yumurta ilə təchizatını nəzərə alsaq, ölkədə hər ay milyon yarım yumurta “yoxa çıxır”.

Qəzet it-bata düşən yumurtaların da yerini deyib: “Təbii ki, bu yumurtalar yoxa çıxmır, sadəcə olaraq yerli məhsul kimi etiketlənərək satışa çıxarılır”.

Vüqar Yaşaroğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610

Oxşar yazılar