QHT-media münasibətləri Şurada müzakirə olunub
21 avqust 2009 20:00 (UTC +04:00)

QHT-media münasibətləri Şurada müzakirə olunub

“Azərbaycanda üçüncü sektorun inkişafında medianın rolunun artırılması” layihəsinin iştirakçıları Azay Qulyevlə görüşüblər

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Media İnkişaf Mərkəziİctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanda üçüncü sektorun inkişafında medianın rolunun artırılması” layihəsinin iştirakçıları bugün Şuranın sədri Azay Quliyevlə görüşüblər.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, görüşdə layihənin koordinatoru Səbinə Əvəzqızı, layihəni həyata keçirən “Media İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Qabil Abbasoğlu, layihə çərçivəsində monitorinq edilən “525-ci qəzet”, “Şərq”, “Bakı-Xəbər”, “Mərkəz” qəzetinin, o cümlədən “Mediaforum” saytının əməkdaşları və Şuranın mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı iştirak ediblər.

Görüşdə QHT-media münasibətləri, bu sahədən yazan jurnalistlərin peşəkarlıq səviyyəsi, o cümlədən QHT-lərin media ilə əlaqələrdə həssaslığının vacibliyi, qarşılıqlı əlaqələrin intensivləşdirilməsi, QHT sahəsindən yazan jurnalistlərin şəbəkəsinin yaradılması istiqamətində görülən işlərlə bağlı müzakirə aparılıb, QHT-media münasibətlərinə dair araşdırmalrın aparılmasının zəruriliyi vurğulanıb.

Şuranın sədri Azay Quliyev deyib ki, vətəndaş cəmiyyətinin inkişafı üçün QHT-media əlaqələrinin intensiv şəkildə qurulması lazımdır.

Görüşdə layihə iştirakçılarının QHT-media münasibətlərinin inkişafı ilə bağlı təklifləri Azay Quliyev tərəfindən müsbət qarşılanıb.

Azay Quliyev onu da bildirib ki, jurnalistlərin QHT-lərlə əlaqə saxlaması sahəsində çətinlikləri nəzərə alaraq, Şura məlumat kitabçası hazırlayır. O, layihə iştirakçılarını cəmiyyətin sosial problemi ilə bağıl araşdırma aparan QHT-lərlə sıx əlaqə saxlamağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38