Boş yerlərə tələbə qəbulu başa çatır
Nəticələr avqustun 13-də elan olunacaq
Ali məktəblərin boş qalan yerlərinə tələbə qəbulu üçün müəyyən edilmiş vaxt bu gün başa çatır. Bir neçə saatdan sonra 1554 boş yerə qarşı neçə abituriyentin mübarizə aparacağı bəlli olacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Lent.az-a bildiriblər ki, bu gün saat 18.00-da ərizələrin qəbulu üçün internet səhifəsinə giriş bağlanacaq. Bu isə o deməkdir ki, ali məktəblərin boş qalan yerlərinə iddialı abituriyentlər həmin anadək ərizələrin təsdiqləməlidir.
TQDK-da deyirlər ki, ali məktəblərin boş qalan yerlərinə keçirilən müsabiqənin nəticələrinin avqustun 13-də açıqlanacaq. Xatırladaq ki, bu il ali məktəblərə tələbə qəbulu üçün ayrılmış 29030 plan yerinə 27476 abituriyent qəbul olunub. Qəbul planı 94,65 faiz yerinə yetirilib. Boş qalan plan yerlərinin ümumi sayı 1554-dür.
Elxan SALAHOV

Oxşar yazılar

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 , 18:13Sabahın tibbi-meteoroloji PROQNOZU
21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?
21 aprel 2025 , 16:50