Tələbə qəbulu planında 1554 yer boş qalıb
07 avqust 2009 19:30 (UTC +04:00)

Tələbə qəbulu planında 1554 yer boş qalıb

Boş plan yerləri uğrunda 3500-dən çox abituriyent mübarizə aparacaq

Bu il ali məktəblərə tələbə qəbulu üçün ayrılmış 29030 plan yerinə 27476 abituriyent qəbul olunub. Qəbul planı 94,65 faiz yerinə yetirilib. Boş qalan plan yerlərinin ümumi sayı 1554-dür.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, ali məktəblərin boş qalan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Həmin yerlərə ixtisas seçimi avqustun 7-dən 11-dək internet vasitəsilə aparılır.

Məleykə Abbaszadə bildirib ki, boş qalmış yerlərə əlavə qəbulda I ixtisas qrupu üzrə müsabiqədə 1091, II qrupda 590, III qrupda 1887, IV qrupda isə cəmi bir neçə abituriyent iştirak etmək hüququna malikdir. Onun sözlərinə görə, abituriyentlər elektron ərizədə ali məktəblərin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilər.

İxtisas qrupları və bölmələr üzrə qəbul planı və qəbul olmuş abituriyentlərin say bölgüsü belədir:

 

İXTISAS QRUPU

Qəbul planı

Qəbul olunmuş   abituriyentlərin sayı

Azərbaycan bölməsi

Rus bölməsi

Birgə müsabiqə aparılan ixtisaslar

Azərbaycan bölməsi

Rus bölməsi

I

6981

1018

719

7075

1190

II

4244

662

2425

5730

1011

III

6731

1080

1715

7813

1224

IV

1769

316

1370

3004

429



Elxan SALAHOV
# 994

Oxşar yazılar