Ərəbistan Həcc şərtləri hazırlayır
07 avqust 2009 17:45 (UTC +04:00)

Ərəbistan Həcc şərtləri hazırlayır

Şeytan daşlama maskada olacaq, hamilələrə, qocalara, uşaqlara, xəstələrə viza verilməyəcək, məcburi peyvənd olacaq...

Səudiyyə Ərəbistanı, hacıları “donuz qripi”ndən qorumaq üçün bir sıra tədbirlər hazırlayır

Ölkə rəhbərliyi tərəfindən razılıq veriləcəyi halda bu şərtlər, həm həcc, həm də ümrə ziyarətinə gələnlərdən tələb olunacaq.

Səudiyyə Ərəbistanının sağlamlıq naziri Abdullah Əl Rəbiyə ölkədə A/H1N1 virusunun səbəb olduğu “donuz qripi”ndən indiyədək 6 nəfərin vəfat etdiyini bildirib.

Səudiyyə sağlamlıq nazirliyi tərəfindən hazırlanaraq, kabinetin təsdiqinə təqdim edilən tədbirlər bunladır:

- Hacı olanlardan sağlamlıq hesabatı istəniləcək

- 65 yaşından yuxarı və 12 yaşında olan ziyarətçilərə həcc vizası verilməyəcək

- Bütün əcnəbi hacılara, ölkəyə gəlmədən iki həftə öncə qrip peyvəndi olmaları zəruri olacaq

- Şeytan daşlama, təvəf etmə kimi insanların çoxluq təşkil etdiyi yerlərdə edilən ibadətlər sırasında, həcc ziyarətçiləri maska taxacaq.

- Hacılardan əllərinin və vücudlarının təmiz olması, qrip simptomları göstərmələri halında dərhal tibbi yardım almaları istəniləcək.

- Hamilə qadınlar, ürək, böyrək, ağciyər, yüksək təzyiq, qaraciyər və şəkər xəstələrinə həcc vizası verilməyəcək.

İran, Ramazan ayında ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedilməsinə icazə verilməyəcəyini bildirib. İranın səhiyyə naziri Kamaran Bəhri Lənkərani, ümrə ziyarətçiləri arasında “donuz qripi”nə tutulanlar ola biləcəyi üçün bu tədbiri gördüklərini söyləyib.
# 649

Oxşar yazılar