123456789
07 avqust 2009 16:45 (UTC +04:00)

123456789

Bu gün əsrdə rast gəlinən bir hadisə baş verib.


Lent.az-ın məlumatına görə, bu, 100 ildə 1 dəfə baş verən 1 saniyəlik hadisədir. Belə ki, saatlar tam olaraq, 12:34:56-nı göstərəndə il, gün, saat, dəqiqə və saniyə artan rəqəmlərlə arxa-arxaya sıralanıb 12:34:56/7/8/9. Rəqəmlər arasındakı işarələri götürsək, ortaya belə bir rəqəm çıxır: 123456789

Bu rəqəmlər sonuncu dəfə 8 iyul 1909-cu il tarixdə yan-yana düzülüb.

Bu anı izləyə bilməyən 2011-ci ili gözləsinlər. 2 il sonra noyabrın 11-də 12 ədəd 1 rəqəmi yan-yana düzüləcək: 11:11:11/11/11/11. İşarələri götürsək, 111111111111 yerdə 12 ədəd 1 rəqəmi qalır.
# 539

Oxşar yazılar