Özünü zəhərləyən 17 yaşlı abturiyentin hekayəti
Güllü Hüseynova texnikuma sənəd verməyə hazırlaşır
“İkinci qrupa sənəd vermişdim. Cəmi 200 bal topladım. Birinci mərhələdən keçmədiyimi bilən gündən özümə yer tapa bilmirdim. Oxumaq istəyirdim, alınmadı. Özümü çox çarəsiz hiss etdim, buna görə dərman içdim…”
17 yaşlı Bakı sakini Güllü Hüseynova nəyə görə intihar etdiyini ANS-press-ə açıqlayıb.
Avqustun 5-də ali məktəblərə daxil olanların siyahısı açıqlanan gün zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə çatdırılan G.Hüseynovanın xoşbəxtlikdən həyatını xilas etmək mümkün olub. Ali məktəbə daxil ola bilməyən abituriyent həkimlərə iki qutu yüksək dozalı dərman qəbul etdiyini bildirib.
Artıq evə buraxılan G.Hüseynova deyir ki, xəstəxanaya valideynləri tərəfindən vaxtında çatdırıldığından, həyatını xilas etmək mümkün olub. Onun sözlərinə görə, dünəndən olanlar barədə fikirləşir və etdiklərinə görə çox peşmandır. “Keçən il bir neçə ay müəllim yanına hazırlığa getdim. Sonra imkanımız olmadığından, hazırlığı buraxmağa məcbur oldum. Özüm hazırlaşdım. İndi fikirləşirəm, yəqin texnikuma sənəd verərəm”,- deyən G.Hüseynova anasının onun xəstəxanaya düşməsindən üzüldüyünü bildirdi və bir də anasını üzməyəcəyini vurğuladı.

Oxşar yazılar

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 , 18:13Sabahın tibbi-meteoroloji PROQNOZU
21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?
21 aprel 2025 , 16:50