ARDNŞ-dən gənclər üçün daha bir şans
03 avqust 2009 18:00 (UTC +04:00)

ARDNŞ-dən gənclər üçün daha bir şans

Şirkət 2010-2011-ci illərdə xaricdə magistr təhsili almaq istəyənlər üçün sənəd qəbuluna başlayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Təqaüd Proqramı üzrə 2010-2011-ci tədris ilində xaricdə magistr təhsili almaq istəyənlər üçün sənəd qəbulu elan edib. Qaydalara əsasən, proqramda yaşı 30-dan yuxarı olmayan Azərbaycan vətəndaşları iştirak edə bilər.

ARDNŞ-dən Lent.az-a bildiriblər ki, iddiaçılar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi test imtahanından mühəndis ixtisasları üzrə ən azı 100, digər ixtisaslar (iqtisadçı, maliyyəçi, hüquqşünas və digər sahələr) üzrə isə ən azı 110 bal toplamalıdır. Namizədlər həmçinin xarici dil imtahanlarının (İBT TOEFL üzrə minimal bal 70, İELTS üzrə minimum 6 bal və ya DSH-2) verilməsi barədə sertifikatlar təqdim etməlidirlər.

İddiaçı ərizə-anket formasını http://www.socar.az/tehsil.html internet səhifəsindən yükləməli, doldurulmuş ərizə-anket və tələb olunan sənədlərin surəti ARDNŞ-nin qəbul otağına təqdim edilməli və ya elektron poçtla khs@socar.az ünvanına, yaxud aşağıdakı ünvana poçt vasitəsi ilə göndərilməlidir. Sənədlərin təqdim edilməsi sentyabrın 30-da başa çatır. İddiaçılar tərəfindən təqdim olunan sənədlər nəzərdən keçirildikdən sonra seçilmiş namizədlər yekun seçim üçün oktyabr-noyabr aylarında ARDNŞ-ə müsahibəyə dəvət ediləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005

Oxşar yazılar