Abituriyentlərin ixtisas seçimi yekunlaşır
03 avqust 2009 15:00 (UTC +04:00)

Abituriyentlərin ixtisas seçimi yekunlaşır

Ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin demək olar ki, hamısı istədikləri ixtisasları müəyyənləşdirib

2009/2010-cu tədris ili üçün ali məktəblərinin bakalavr pilləsinə daxil olmaq istəyən 31 mindən çox abituriyentin əksəriyyəti artıq ixtisas seçimini edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, 31 min 204 abituriyentin demək olar ki, hamısı ixtisas seçimini təsdiqləyib. Belə ki, I qrupda 9240 (Azərbaycan bölməsi üzrə 7933, rus bölməsində 1307), II qrupda 7630 (Azərbaycan bölməsi 6450, rus bölməsi 1180), III qrupda 11069 (Azərbaycan bölməsi 9738, rus bölməsində 1331), IV qrupda isə 4572 (Azərbaycan bölməsi üzrə 3995, rus bölməsində 577) abituriyent ixtisas seçimini başa çatdırıb.

Komissiyada bildirirlər ki, bu gün ali məktəblərə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi mərhələsi başa çatır. Bu isə o deməkdir ki, bundan sonra heç bir halda təsdiqlənmiş ərizələrdə ixtisas seçiminə dair hansısa dəyişikliklər aparmaq mümkün olmayacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar