“Donuz qripi”nə yoluxmuş azərbaycanlılardan biri uşaqdır
A/H1N1 qripinə yoluxmuş iki xəstə ilə bağlı müəyyən məlumatlar açıqlanıb
A/H1N1 qripinə (“donuz qripi”) yoluxmuş iki xəstə ilə bağlı müəyyən məlumatlar açıqlanıb. Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov APA-ya bildirib ki, xəstələrdən biri - 40 yaşlarında qadın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib.
Digər xəstə - 15 yaşı uşaq isə 7 saylı Uşaq Yoluxucu Xəstəxanasına yerləşdirilib. Ş. Qurbanov bildirib ki, həmin şəxslərin adları açıqlana bilməz: “Onların hər ikisi Bakıda yaşayan şəxslərdir. Xəstəliyə yoluxmuş qadının uşaqlarını müayinə etdik, onlar sağlamdır. Xəstə uşaqla gələn insanlar da sağlamdırlar. Onların ailə üzvlərini müayinə etmişik. Müayinə gecə saat 4-də qurtardı”.
Ş. Qurbanovun sözlərinə görə, hazırda xəstələrin vəziyyəti normaldır: “Yəqin ki, onlar bir neçə günə evə buraxılacaqlar”.
Qeyd edək ki, Azərbaycanda ilk A/H1/N1 qripi (“donuz qripi”) qeydə alınıb. Səhiyyə Nazirliyinin məlumat xidmətindən APA-ya bildirilib ki, 27.07.2009-cu il tarixində Fransadan və 29.07.2009-cu il tarixdə İngiltərədən səfərdən qayıtmış Bakı və Gəncə şəhər sakinlərində xəstəlik aşkar edilib. Xəstələrin vəziyyətləri kafidir və onlar həkimlərin müşahidəsi altında müalicə kursu keçirlər.
Xəstələrlə təmasda olmuş şəxslər arasında kompleks profilaktik tədbirlər həyata keçirilir.

Oxşar yazılar

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 , 18:13Sabahın tibbi-meteoroloji PROQNOZU
21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?
21 aprel 2025 , 16:50