Saxta sement aşkarlandı
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti monitorinqləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 14-də keçirdiyi növbəti monitorinqlər zamanı Bakının Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Ulduz market”də, “Gəncə market”də, Binəqədi rayonunda “Ulduzlu market”də, “Abşeron market”də, “Osman market”də, “Hobby market”də və Göyçay şəhərində yerləşən “Rauf-İ” firmasına məxsus ərzaq malları mağazasında ümumi çəkisi 250 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, kərə yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, mayonezlər və s. aşkarlanıb, satışdan çıxarılaraq məhv edilib.
Dövlət Xidməti tərəfindən, həmçinin Sumqayıt şəhərində İsrafil Kazımova məxsus tikinti materialları mağazasında 1,7 ton saxta sement aşkarlanaraq satışdan çıxarılıb.
Qanunvericiliyin tələbini pozmuş 1 hüquqi və 7 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz və saxta malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
Pərvin ABBASOV

Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06