Lənkəranda 3 nəfər QİCS-dən dünyasını dəyişib
2009-cu ilin 6 ayı ərzində QİÇS-ə yoluxmuş 3 Lənkəran sakini dünyasını dəyişib.
Bu barədə APA-nın cənub bürosuna Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov məlumat verib. Onun sözlərinə görə, bu ilin birinci yarısında laboratoriya müayinəsindən keçmiş şəxslərdən 10 HİV daşıyıcısı aşkarlanaraq qeydiyyata götürülüb, bununla da, Lənkəran rayonunda QİÇS-ə yoluxanların sayı 172 nəfərə çatıb.
Ümumilikdə isə cənub bölgəsi üzrə hazırda 308 nəfər QİÇS xəstəsi var ki, bunlardan da 57 nəfəri Masallı, 54 nəfəri Astara, 19 nəfəri Cəlilabad, 3 nəfəri müvafiq olaraq Lerik və Yardımlı rayonlarının payına düşür.
Laboratoriya müdirinin açıqlamasına görə, bölgədə QİÇS-ə yoluxan ilk xəstə 2000-ci ildə Lənkəranda aşkarlanıb. Ötən 9 il müddətində bu bəladan 24 nəfər ölüb: “QİÇS əsasən miqrantlar arasında yayılmış xəstəliklərdən sayılır. Bu səbəbdən də respublikamızı 6 aydan çox tərk etmiş vətəndaşlar mütləq laboratoriya müayinəsinə cəlb olunmalıdırlar”.

Oxşar yazılar
İranda azərbaycanlı ata oğluna şəxsiyyət vəsiqəsi ala bilmir
11 avqust 2022 , 19:34
"Baku Steel Company”nin sabiq rəhbəri HAKİM QARŞISINDA
11 avqust 2022 , 18:55
Baş infeksionist Azərbaycanda meymunçiçəyi təhlükəsindən DANIŞDI
11 avqust 2022 , 18:40İrəvanda Atatürkün portreti yazılan çantalar satılır: Qiyməti 3500...
11 avqust 2022 , 18:10
Yoluxma sayı açıqlandı - SON STATİSTİKA
11 avqust 2022 , 16:32
Xankəndinə gedənlərə sürpriz MESAJ: "Azərbaycana xoş gəlmişsiniz!"
11 avqust 2022 , 16:21