Lent.az-ın əməkdaşı diploma layiq görüldü
“Ekoloq” Jurnalistlər Birliyi jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinin nəticələrini açıqlayıb. Lent.az-ın məlumatına görə, təşkilatın rəhbəri Cəmşid Bəxtiyar “Ekoloq” Jurnalistlər Birliyinin “Ətraf mühit problemlərinin həllində KİV-in səfərbər edilməsi” adlı layihə həyata keçirdiyini bildirib. O, layihə çərçivəsində KİV nümayəndələrinin ölkənin 4 müxtəlif ekodəhlizinə səfər etdiyini, monitorinq keçirdiyini bildirib. Maraq üçün bildirək ki, monitorinq müddətində KİV nümayəndələri dağlıq və meşəlik bölgələrdə çadırlarda məskən salıblar.
Jurnalistlərin səfərlərdən sonra yazdığı məqalələr KİV-də çap olunaraq “Ekoloq” Jurnalistlər Birliyinin keçirdiyi müsabiqəyə təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən “Ekspress” qəzetində çap edilən yazılara görə İlham Tumas birinci yerə layiq görülüb. İkinci yeri Səs İnformasiya Agentliyinin əməkdaşı Elçin Bayramlı, üçüncü yeri isə Lent.az-ın əməkdaşı Pərvin Abbasov tutub. Qaliblərə diplom və pul mükafatları təqdim olunub. “Üç nöqtə” qəzetinin əməkdaşı Xalid Vahidoğlu, “Həftə içi” qəzetinin əməkdaşı Təbriz Vəfalı və bölgə jurnalisti Nizami Hüseynov isə “Ekoloq” Jurnalistlər Birliyinin hədiyyələrilə mükafatlandırılıb.
Qeyd edək ki, layihəni WWF (Ümumdünya Vəhşi Təbiəti Müdafiə Fondu) dəstəkləyib.

Oxşar yazılar

Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26