Sınaq imtahanlarının nəticələri bəllidir
Təhsil Nazirliyi 36 min şagirdin 51 faizinin göstərdiyi nəticələri müsbət sayıb
Ötən bazar Bakı, Sumqayıt və Abşeron rayonunun orta məktəblərində 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada keçirilən sınaq-yoxlama imtahanlarının nəticələri artıq məlumdur.
Təhsil Nazirliyinin şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri Təranə Hacıyeva Lent.az-a bildirib ki, imtahanda 36 mindən çox şagird iştirak edib və onların hamısının imtahan nəticələri yoxlanılıb.
Təranə Hacıyeva bildirib ki, imtahan vermiş şagirdlərin 51 faizdən çoxunun nəticələri müsbətdir. Onun sözlərinə görə, yerdə qalan 49 faizin göstəriciləri heç də onların hamısının “qeyri-kafi” qiymət alması demək deyil. Sadəcə, imtahan vermiş şagirdlərin ümumi sayından 49 faizinin nəticələri qənaətbəxş sayılmır.
“36 min şagirdin əldə etdiyi nəticələrə görə, 51 faiz mənimsəmə olub. Amma bu, sınaq imtahanıdır və əsas buraxılış imtahanları iyunda keçiriləcək. Güman edirik ki, sınaq imtahanında yüksək qiymət ala bilməyən şagirdlər bu yoxlamalardan nəticə çıxararaq buraxılış imtahanlarına ciddi hazırlaşacaqlar” - deyə, şöbə müdiri bildirib.
Təranə Hacıyeva onu da əlavə edib ki, növbəti mərhələdə sınaq-yoxlama imtahanları digər bölgələrin məktəblərində də keçiriləcək. Onun sözlərinə görə, şagirdlərin sınaq imtahanında aldığı qiymət buraxılış imtahanların nəticələrinə təsir edəcək. Belə ki, iyunda keçiriləcək yekun imtahanlarda sınaq-yoxlamaların nəticələri də nəzərə alınacaq.
Elxan SALAHOV

1482