9-cu sinif şagirdi Yazıçılar Birliyinə üz olub
15 yaşlı Mirbəhram Əzimbəyli sayca ikinci kitabını oxuculara təqdim edib
Bakıdakı Atatürk liseynin 9-cu sinif şagirdi Mirbəhram Əzimbəylinin ikinci kitabı işıq üzü görüb. Bu gün onun “Səssizliyin harayı” kitabının təqdimat mərasimi olub.
Lent.az-ın məlumatına görə, Gəncliyə Yardım Fondundan keçirilən təqdimat mərasimində gənc yazıçının müəllimləri və sinif yoldaşları ilə yanaşı bir qrup şair və yazıcılar, Türkiyə səfirliyinin rəsmi nümayəndələri də iştirak edib. Yazıçı Yaşar Mirbəhramın yeniyetmə olmasına baxmayaraq, onun ədəbi fəaliyyətə marağının ötəri olmadığını bildirib. “Mirbəhramın 15 yaşı hələ indi tamam olub. Amma o, 15 yaşınadək artıq iki kitab yazıb. Mən bunu çox yüksək keyfiyyət sayıram ki, Mirbəhram uşaq sadəlövhlüyünü hələ də özündə saxlayır. Yazının digərlərindən ən üstün cəhəti odur ki, o hətta 80 yaşına qədər uşaq olmalı, hər şeyə uşaq gözü ilə baxmalıdır. Mən Mirbəhramın daxili saflığı qoruyub saxlayacağına və daha böyük ədəbi əsərlər yaza biləcəyinə inanıram”.
Tanınmış yazıçı Sabir Azəri isə 15 yaşlı yeniyetmənin iki kitab yazmasını Azərbaycan ədəbiyyatında ilk belə hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, Mirbəhram Əzimbəyli “Səssizliyin harayı” kitabını Tanrının ona verdiyi fitri istedad sayəsində yazıb: “Mən o kitabdakı mənzum hekayələri, şerləri oxumuşam. Onun düşüncələri, insana, cəmiyyətə münasibəti böyük adamların münasibəti kimidir. Düzü, əvvəlcə 15 yaşlı bir uşağın belə bir kitab yaza biləcəyini heç vaxt ağlıma gətirməmişdim. Ancaq indi inandım, əmin oldum ki, bu kitabı məhz 15 yaşlı uşaq özü yazıb”.
Sabir Azəri bildirib ki, gənc yazıçı elə ilk kitabından bu dünyadan, ədəbiyyatdan, cəmiyyətdən nə istədliyini artıq müəyyənləşdirib. Onun sözlərinə görə, Mirbəhram Əzimbəylinin dünya, cəmiyyət, insan haqqında düşüncələri yaşına yaraşmayacaq dərəcədə genişdir. “Bu, nadir hadisədir. Azərbaycanda Yazıçılar Birliyinin ən gənc üzvünün 25 yaşı olub. İndiyədək nəinki orta məktəbdə, hətta ali məktəbdə təhsil alan gənc şair və yazıçılardan heç kəs Yazıçılar Birliyinin üzvü olmayıb. Ancaq Mirbəhram 15 yaşında birliyin üzvü kimi böyük şair və yazıçıların sırasına daxil olub. Bu, tarixdə olmayan hadisədəir”.
Təqdimat mərasimində Yazıçılar Birliyinin 15 yaşlı üzvünün müəllimləri, onun təhsil aldığı Atatürk liseynin direktoru, Gəncliyə Yardım Fondunun departament müdiri, Türkiyə səfirliyinin müşavirləri və digərləri Mirbəhram Əzimbəyli ədəbi yaradıcılığından, onun fəlsəfi düşüncələrindən danışıblar.
Elxan SALAHOV

2454