“Azərbaycan və Hindistan polisləri bir-birinə çox bənzəyir” - MÜSAHİBƏ
Layihə: Şəhərimizin qonaqları
Bu gündən Lent.az yeni bir layihəyə başlayır. “Şəhərimizin qonaqları” adlı layihə-rubrikanın ilk qonağı isə uzaq Hindistandan təhsil almaq üçün Azərbaycana gələn Salamon Kingslidir. Salamon Kingsli artıq 6 ildir Azərbaycanda yaşayır. Bakını özünə ikinci vətən hesab edir.
Onunla Azərbaycan, Hindistan, xalqlarımızın oxşarlığı, hətta Dağlıq Qarabağ və Kəşmir kimi siyasi məsələlər barədə də söhbət elədik. Onu da deyim ki, Salamon qardaş Azərbaycan dilini heç də bizdən pis bilmir.
- Azərbaycanda nə qədər müddətdir yaşayırsan?
- Mən 1986-cı ildə Hindistanın Şimal əyalətində yerləşən Timilari şəhərində anadan olmuşam. Hazırda Xəzər Universitetinin tibb fakültəsində, 6-cı kursda təhsil alıram. Hindistanda Xəzər universitetinin filialı fəaliyyət göstərir. Məktəbi qurtardıqdan sonra internetdə Azərbaycan haqqında məlumatlar topladım və burada təhsil almağa qərar verdim. 2003-cü ildən Azərbaycanda yaşayıram. Artıq 6-cı ildir.
- Azərbaycan dilini necə öyrəndin? Çətin deyil ki?
- Mən universitetə daxil olanda bizə bir illik dil kursları keçməyə başladılar. O zaman dil baxımından mənə burada yaşamaq çox çətin idi. Mənimlə bir təhsil alan tələbələrin bəziləri rus dilini öyrənməyə üstünlük verdilər. Ancaq mən Azərbaycan dilini seçdim. Hamı ilə ünsiyyət qurmağa çalışırdım ki, dili tez öyrənim. İndi də gördüyünüz kimi, tam sərbəst danışa bilirəm. İnsan nə qədər çox dil bilsə, o qədər yaxşıdır. Bunun xeyri var. Məncə, Azərbaycan dili o qədər də çətin deyil. Sadəcə, həvəs olmalıdır. Hazırda mən hind, ingilis, azərbaycan və bir az da rus dilini bilirəm.
- Hindistanda Azərbaycanı necə tanıyırlar?
- Əvvəllər Hindistanda Azərbaycanı Sovet imperiyasının tərkibində olan bir dövlət kimi tanıyırdılar. Sonra Azərbaycan müstəqillik qazandı və neft ixrac edən bir ölkə kimi dünyada tanınmağa başladı. Ancaq indi Dehli şəhərində Azərbaycanın səfirliyi fəaliyyət göstərir. Orada Azərbaycanlılar çalışırlar. Hindistanda 2005-ci ildən Azərbaycanı daha çox tanımağa başladılar. Azərbaycanda hind kinoları, musiqisi yayımlandığı kimi orada da Azərbaycan kinoları, musiqiləri, mədəniyyəti təbliğ olunur.
- Hindistana tez-tez gedirsən?
- Demək olar ki, yox. Əvvəllər Hindistan üçün çox darıxırdım. Ancaq indi mənə burada da yaxşıdır. Azərbaycan mənim ikinci vətənimdir. İldə bir dəfə gedib ailəmlə görüşüb, qayıdıram. Atam dilçilik üzrə professor, anam isə kimyaçıdır. İki qardaşım və bacım isə Hindistanda təhsil alırlar. Mən isə tibb fakültəsində oxuyuram. Bizim ailədə təhsilə böyük önəm verirlər.
- Azərbaycanla Hindistanın hansı fərqli və oxşar cəhətlərini deyə bilərsən?
- Məncə, hər şey oxşardır. Ümumiyyətlə, insanlar dünyanın hər yerində eynidir. Hamıda eyni xasiyyət var. Amma dil tapmaq lazımdır. Mən bura gələndən heç kimdən pis münasibət görməmişəm. Hamı məni çox istəyir, hörmət edir. Mən burada özümə çoxlu dostlar qazanmışam. Hamı bir-birini başa düşsə, yaxşı olar. Mənə ləzzət eləyən odur ki, Azərbaycanın və Hindistanın polisləri biri-birinə çox bənzəyirlər. Həm orda, həm də burda polislər qanunla işləyirlər. Buna görə onlar arasında oxşarlıqlar var (gülür).
- Yaşadığın müddətdə Azərbaycanda hansı dəyişiklikləri müşahidə eləmisən?
- Biz təzə Azərbaycana gələndə yaşayış yaxşı səviyyədə idi. Ancaq indi hər şey bahalaşıb. Bütün ərzaqlar, ev kirayəsi qalxıb. Əvvəl 300 dollara bir ay yaşamaq olurdu. İndi olmur. 2006-cı ildə pullar yeni manatla əvəz olunandan sonra dolların qiyməti aşağı düşdü. Bu da təbii ki, bizim kimi tələbələrə ziyan edir. Ancaq Azərbaycan getdikcə inkişaf edir. Mən inanıram ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən biri olacaq.
- Qarabağ və Kəşmir. Bu haqda nə deyə bilərsən?
- Məndə olan məlumata görə, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. Lakin 1988-ci ildən ermənilər həmin torpaqları işğal etməyə başlayıb. Eyni zamanda da Kəşmir bizim torpağımızdır. Lakin Pakistan Kəşmiri öz ərazisinə qatmaq istəyir. Bu da iki ölkə arasında müharibələrin yaranmasına gətirib çıxarır. Məncə hər iki dövlətin prezidenti oturub, danışıq yolu ilə bunu həll edə bilər. Nəticədə də müharibələr baş verməz.
- Azərbaycandakı təhsildən razısanmı?
- Əlbəttə, razıyam. Burada yaxşı mütəxəssislər var. Mən də savadlı bir həkim olacağıma inanıram. Azərbaycanda təhsilimi başa vurandan sonra başqa ölkələrdən birində də təhsilimi artırmaq istəyirəm. Sonra isə işləmək barəsində düşünmək olar. Hələ ki, işləmək üçün konkret yer seçməmişəm. Əgər şərait olsa, Azərbaycanda da həkim kimi çalışmaq istəyirəm.
Artıq bir ildən sonra Azərbaycandan gedəcəyəm. Çünki gələn il universiteti qurtarıram. Azərbaycan üçün çox darıxacağam. Buradakı insanlar, universitetim, Bakı mənə çox doğmadır. Azərbaycanı yaxından tanıdığıma, burada 6 il yaşamağıma görə, özümü xoşbəxt insan hesab edirəm. Nə yaxşı ki, mən Azərbaycanda yaşadım. Hamının bir vətəni var. Lakin mənim iki - Hindistan və Azərbaycan.
Şəhriyar Əlizadə

2291