34 nəfər əcnəbiyə Azərbaycanda daimi yaşamaq hüququ verilib
17 fevral 2009 19:00 (UTC +04:00)

34 nəfər əcnəbiyə Azərbaycanda daimi yaşamaq hüququ verilib

“2008-ci ildə 8574 nəfər miqrant Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edib”.

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti şöbəsinin müdir müavini Vahid Qəhrəmanov deyib. Onun sözlərinə görə, müraciət edən şəxslərdən 1410 nəfərinin respublika ərazisində müvəqqəti olma hüququ uzadılıb, 1359 nəfərə müvəqqəti yaşamaq üçün icazə verilib, 34 nəfər əcnəbiyə daimi yaşamaq statusu verilib.

V.Qəhrəmanov qaçqın statusu almaq üçün müraciət edən 87 nəfərdən yalnız 1 nəfərə bu statusun verildiyini deyib.

Şəhriyar Əlizadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1517

Oxşar yazılar