Qubanın kəndlərinə 4 ton ərzaq göndərildi
04 may 2010 17:45 (UTC +04:00)

Qubanın kəndlərinə 4 ton ərzaq göndərildi

Qubanın rayon mərkəzi ilə əlaqəsi kəsilən 35 kəndinə 4 tona yaxın ərzaq məhsulu göndərilib.

Lent.az-ın verdiyi məlumata görə, bu, şəkər tozu, yağ və digər zəruri ərzaq məhsullarından ibarətdir.

Bu gün əlavə olaraq həmin kəndlərə ərzaq məhsullarının göndərilməsi planlaşdırılır.

Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qalib Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, hazırda Quba-Qonaqkənd yolunun açılması istiqamətində işlər davam etdirilir. Günün sonuna kimi yolun bərpa olunması planlaşdırılır.



Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar