Kürün səviyyəsi saniyədə 370 kubmetr artır
04 may 2010 14:30 (UTC +04:00)

Kürün səviyyəsi saniyədə 370 kubmetr artır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə aprel ayının III ongünlüyündə apardığı yoxlamaların nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, aprelin III ongünlüyündə Kür çayında suyun sərfi II ongünlüyə nisbətən saniyədə 370 kubmetr artıb. Bu dövr ərzində çayda su axını saniyədə 904 kubmetr təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıb.

Ermənistanla sərhəd olan Araz çayında suyun sərfi saniyədə 331 kubmetr olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar və mis birləşmələri 2 dəfə YVQH keçib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar