Bakıda yarasız ət konservləri aşkarlandı
04 may 2010 13:00 (UTC +04:00)

Bakıda yarasız ət konservləri aşkarlandı

İdxalçı “Şam-Fi İnterneşnl Tredinq Kompani” və “Kompas” MMC-yə həmin məhsulları Rusiadan gətirmək qadağan olundu

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakının bəzi ticarət obyektlərində insan sağlamlığı üçün təhlükəli ət konservləri aşkarlayıb.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ticarət şəbəkələrindən götürülmüş ərzaq məhsullarının laborator müayinəsi zamanı Rusiya Federasiyasının “Oryol Produkt” QSC-nin Oryol vilayəti, Mtsensk şəhəri, Promışlennaya küçəsi, ev 24 ünvanında yerləşən istehsalat sahəsində istehsal olunmuş “Tuşenaya Qovyadina” ət konservlərinin tərkibində DDT (4,4-dixlordifeniltrixloretan) və HXSH (heksaxlorsikloheksan) toksiki elementlərin miqdarının normadan artıq olduğu üzə çıxıbaşkar edilib. İnsan sağlamlığı üçün təhlükəli ət konservlərinin satışdan çıxarılması ilə bağlı müvafiq tədbirlər görülməsi barədə Dövlət Xidməti tərəfindən bu malların idxalçısı olan “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC-yə və “Kompas” MMC-yə icrası məcburi göstəriş verilib.


Hazırda həmin malların satışdan çıxarılması ilə bağlı tədbirlər davam etdirilir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ət konservləri alarkən diqqətli olmağı və Rusiya Federasiyasının “Oryol Produkt” QSC-nin istehsalı olan “Tuşenaya Qovyadina” ət konservlərini almamağı tövsiyə edir.


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487

Oxşar yazılar