Zərdabda sel təhlükəsi: məktəblər bağlandı
03 may 2010 19:45 (UTC +04:00)

Zərdabda sel təhlükəsi: məktəblər bağlandı

Sel və qrunt suları rayonda həyatı iflic vəziyyətə salıb

Zərdab rayonunu subasma ilə əlaqədar Zərdab rayonunda bu gündən etibarən bütün məktəblərin fəaliyyəti dayandırılıb.

Rayon təhsil şöbəsinin müdir müavini Elşad Kərimov Lent.az-a bildirib ki, aprelin ortalarından davam dən güclü yağış rayonun mərkəzində və əksər kəndlərdə ciddi problemlər yaradıb. Onun sözlərinə görə, hazırda rayonda fərdi və ictimai binaların böyük əksəriyyəti su içərisindədir. Bu səbəbdən də sosial obyektlərin normal fəaliyyət göstərməsi qeyri-mümkündür.

Elşad Kərimov bildirib ki, yaranmış vəziyyətlə əlaqədar məktəblər qeyri-müəyyən vaxtadək bağlı elan olunub: “Təhsil şöbəsinin müdiri hazırda yerlərdə vəziyyətlə maraqlanır. Mən isə məktəblərin bağlanması ilə əlaqədar Rayon İcra Hakimiyyətinə məktub hazırlayıram”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar