Təhsil Nazirliyi III respublika muğam müsabiqəsi keçirəcək
06 dekabr 2012 12:42 (UTC +04:00)

Təhsil Nazirliyi III respublika muğam müsabiqəsi keçirəcək

Gələn ilin fevralın 15-də Bakıda III respublika muğam müsabiqəsi keçiriləcək. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Artıq üçüncü ildir ki, keçirilən müsabiqə ölkə üzrə muğam ifaçılarının Beynəlxalq Muğam Festivalında iştirakını təmin etmək, istedadlı muğam ifaçılarını üzə çıxarmaq məqsədilə təşkil olunur.
Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq müsabiqə iştirakçıları vokal və instrumental musiqi nominasiyaları üzrə özlərini sınayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1079

Oxşar yazılar