Türkiyə və Kubanın səfirləri BDU-da olub
05 dekabr 2012 15:42 (UTC +04:00)

Türkiyə və Kubanın səfirləri BDU-da olub

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Türkiyənin ölkəmizə yeni təyin edilmiş səfiri Alper Coşkunu qəbul edib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfirə universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov əsasən Türkiyə universitetləri ilə əməkdaşlıqdan, BDU və Ankara Universiteti arasında imzalanmış və ikili diplom verilməsini nəzərdə tutan müqavilədən danışıb.

Rektor Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteronu da qəbul edib. Qonağa universitet haqqında məlumat verən Abel Məhərrəmov, əsasən universitetin beynəlxalq əlaqələrindən danışıb. Bakı Dövlət Universitetində olmağından şad olduğunu deyən səfir Omar Senon Medina Kinteron Kuba universitetləri ilə BDU arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Qonaqlar BDU-dan böyük təəssüratla ayrılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1456

Oxşar yazılar