Nazir müavinindən Rusiyadakı azərbaycanlılarla bağlı açıqlama
05 dekabr 2012 12:33 (UTC +04:00)

Nazir müavinindən Rusiyadakı azərbaycanlılarla bağlı açıqlama

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib. Onun sözlərinə görə, Rusiya əmək və sosial müdafiə nazirinin müavini Tatyana Blinovanın rəhbərlik etdiyi nümayəndə heyəti artıq Bakıdadır: “Səfər çərçivəsində nümayəndə heyəti ilə nazir səviyyəsində danışıqlar aparılır. Biz də çalışacağıq ki, Rusiyadakı azərbaycanlı əmək mühacirlərinin fəaliyyəti üçün heç bir problem olmasın. Bu istiqamətdə bəzi təkliflər verəcəyik. Hesab edirəm ki, Rusiyada fəaliyyət göstərən əmək mühacirlərinin heç bir problemi olmayacaq. Əvvəllər də əmək mühacirləri ilə bağlı bəzi məsələlər qaldırılıb. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumlarının birgə işləri nəticəsində bu məsələlər həll olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937

Oxşar yazılar