Yasamala iki gün su fasilələrlə veriləcək
05 dekabr 2012 11:19 (UTC +04:00)

Yasamala iki gün su fasilələrlə veriləcək

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Yasamal rayonu Z. Xəlilov küçəsi boyunca yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar bu gün və sabah Yasamal rayonunun Z. Xəlilov, Ə. Cəmil, H. Cavid, Ə. Haqverdiyev, S. Dadaşov, F. Ağayev, M. Rahim küçələrinə içməli su fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103

Oxşar yazılar