Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının IV Konqresi keçirilir
05 dekabr 2012 10:55 (UTC +04:00)

Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının IV Konqresi keçirilir

Bu gün Bakıda Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının IV Konqresi keçirilir.

Lent.az-a verdiyi məlumata görə, tədbir iki gün davam edəcək. Öncə tədbir iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanında torpaqlarımızın müqəddəsliyi uğrunda canından keçmiş şəhidlərin məzarlarını ziyarət ediblər.


“Mariott Abşeron” otelində baş tutan tədbirin birinci iş günü Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının 42-ci yığıncağı keçiriləcək və IV Konqresin təşkilati məsələlərinə baxılacaq. Konqresin gündəliyinə Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının III Konqresindən sonrakı işi və 2012-2017-ci illər üçün fəaliyyət Proqramının əsas istiqamətləri, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası Təftiş Komissiyasının hesabatları, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının Nizamnaməsi, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası Təftiş komissiyasının Əsasnaməsi, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası sədrinin seçilməsi haqqında; Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının baş katibinin seçilməsi, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının formalaşdırılması haqqında; Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası Təftiş komissiyasının seçilməsi və DHİBK-in IV Konqresinin qətnamələri haqqında məsələlər daxildir.

Qeyd edək ki, Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının IV Konqresinə Azərbaycan Dəmiryolçularının MHİRK-in sədri F. Bağırov və təşkilat şöbəsinin müdiri S. Böyükzadə nümayəndə seçilib. Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev iştirak edəcəklər.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848

Oxşar yazılar