Güclü külək əsəcək
05 dekabr 2012 00:10 (UTC +04:00)

Güclü külək əsəcək

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 5-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində duman olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-10, günün birinci yarısında 15-18, axşam 10 dərəcəyə yaxın isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir, axşam isə bəzi qərb rayonlarından başlayaraq yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 10-15, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, günün birinci yarısında 12-17, günün ikinci yarısında 5-8 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 5-i axşam və 6-da gecə və səhər hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, şimal küləyinin arabir güclənəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1717

Oxşar yazılar