Bakıda 21 avtobus marşrut xətti bağlandı – SİYAHI
04 dekabr 2012 11:22 (UTC +04:00)

Bakıda 21 avtobus marşrut xətti bağlandı – SİYAHI

Bakıda bir-birini təkrarlayan və əlavə nəqliyyat yükü yaradan bəzi marşrut xətləri bağlanılıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Lent.az-a verilən məlumata görə, bağlanan marşrut xətlərinin siyahısı artıq tam hazırlanıb və həmin xətlərdə fəaliyyət göstərən iş adamlarına xəbərdarlıq edilib. Bakıda bundan sonra işləməyəcək avtobus marşrutlarının siyahısı belədir: 4, 7, 19, 27, 34, 41, 58, 63, 68, 72, 74, 89, 112, 114, 117, 138, 178, 180, 182, 203, 206.

Qeyd edək ki, siyahıda şəhərin müxtəlif istiqamətlərində fəaliyyət göstərən avtobus xətlərinin nömrələri var. Ən çox ixtisar mikrorayonlara doğru hərəkət edən avtobus xətləri arasında edilib.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5181

Oxşar yazılar