Azərbaycanda neft emal edən şirkətlərə cərimə kəsildi
04 dekabr 2012 10:47 (UTC +04:00)

Azərbaycanda neft emal edən şirkətlərə cərimə kəsildi

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, keçirilən monitorinqlər zamanı aşkar olunan qanun pozuntuları ilə əlaqədar Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları “Abşeronneft”, “28 May”, H.Z.Tağıyev adına neftqazçıxarma idarəsi, “Qaraçuxur” iriləşdirilmiş neft mədəni, “Bahar Enerji Əməliyyat” və “Absheron Operating Company LTD” şirkətlərində ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırıblar.


Aparılan araşdırmalar zamanı ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin və bu sahədə qəbul olunan normativ-hüquqi aktların tələblərinə uyğun olaraq “Abşeronneft” neftqazçıxarma idarəsinə 1600 manat, “28 May” neftqazçıxarma idarəsinə 6555 manat, H.Z.Tağıyev adına neftqazçıxarma idarəsinə 6270 manat, “Qaraçuxur” iriləşdirilmiş neft mədəninə 22085 manat, “Bahar Enerji Əməliyyat” şirkətinə 9100 manat və “Absheron Operating Company LTD” şirkətinə 3600 manat məbləğində ödəmə tətbiq edilib və ödənilməsi təmin olunub.

Çatışmazlıqların aradan qaldırılması məqsədilə ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yuxarıda adları çəkilən müəssisə rəhbərlərinə icrası məcburi olan “Məcburi göstəriş”lər verilib.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1546

Oxşar yazılar