Nizami Cəfərov: “İmkanı olan toyu 40 gün, 40 gecə edəcək...”
31 oktyabr 2012 19:50 (UTC +04:00)

Nizami Cəfərov: “İmkanı olan toyu 40 gün, 40 gecə edəcək...”

“Toy və yas mərasimləri məsələsi ilə bağlı ənənəyə, yəni, yüz illər boyu “belə
olub, bundan da belə olmalıdır” məntiqinə əsaslanaraq demək istəyirəm ki, bu məsələni xüsusi qanunla tənzimləməyə elə bir ehtiyac yoxdur”.

Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov söyləyib. Nizami Cəfərov bildirib ki, bəzən deyirlər ki, kimsə yas mərasimini dəbdəbəli edə bilir, o birisi edə bilmir, bu, cəmiyyətdə normal vəziyyət yaratmır və yaxud, kimsə toyu xüsusi dəbdəbəli edir, başqasının buna imkanı çatmır. Onun sözlərinə görə, əslində burada qüsurlu bir şey yoxdur: “Kimin imkanı olacaq, toyu 4 gün - 4 gecə edəcək, kimin imkanı olacaq, 40 gün - 40 gecə edəcək, bu, bir ənənədir. Mənə elə gəlir ki, burada dəbdəbə məsələsinə mane olmağa və sərtliliyə ehtiyac yoxdur. Eləcə də yas mərasimləri barədə bunu söyləmək olar. Əlbəttə, indi bunun nöqsanlı cəhəti budur ki, bəzən bu dəbdəbə ya vəfat etmiş insanı normal xatırlamağa imkan vermir, ya da o, tamam yaddan çıxır. Bəzən evlənən cavanları heç kim görmür, toya gələnlərin heç yadlarına da düşmür, “əsas məsələ” gəlir kiminsə özünü göstərməsinə, filana... Bunlar da olacaq. Ancaq mənə elə gəlir ki, buna ictimai səviyyədə mane olmaq və etiraz etmək ki, sən niyə bu şəkildə etdin, başqası niyə başqa formada, bunlara ehtiyac yoxdur. Bunlar cəmiyyətin təbəqələşməsindən gələn bir şeydir, həmişə belə olub və belə də olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1835

Oxşar yazılar