Parlamentdən alimlərə şad xəbər
31 oktyabr 2012 12:55 (UTC +04:00)

Parlamentdən alimlərə şad xəbər

“Elm haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Yeni hazırlanan qanun layihəsi ölkədəki elmi işçilərin sosial müdafiəsinə də imkan verəcək”. Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Komitə sədri qeyd edib ki, qanun layihəsinin 2013-cü ilin dövlət büdcəsinin layihəsi müzakirə edildikdən sonra müzakirəyə çıxarılması nəzərdə tutulur: “Bu qanunun tamamilə yenidir. İndiyə qədər elm sahəsi ilə bağlı belə bir qanun layihəsi olmayıb. Bu qanun elmin inkişafı üçün lazım olan proseslərin qanun müstəvisində həyata keçirilməsinə imkan yaradacaq”.

Ş. Hacıyev vurğulayıb ki, bu qanun layihəsi elmi sahədə çalışmaq istəyənlər üçün heç bir ayrı-seçkiliyə yol vermədən elmi fəaliyyətlə məşğul olmasına yeni baza yaradılacaq.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1277

Oxşar yazılar