Misir Mərdanov: “...onların sayı artırılmalıdır”
31 oktyabr 2012 11:20 (UTC +04:00)

Misir Mərdanov: “...onların sayı artırılmalıdır”

Lent.az-ın məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov “Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda bildirib. Nazir vurğulayıb ki, yalnız ali təhsil üzrə deyil, təhsilin bütün pillələri və səviyyələri üzrə əlaqələr inkişaf etməlidir: “Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramı” çərçivəsində İtaliya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı qaneedici deyil, onların sayı artırılmalıdır. Xarici təhsillə bağlı dövlət proqramına İtaliyanın 24 universiteti cəlb edilsə də, hazırda bu proqram çərçivəsində həmin ölkədə yalnız 4 nəfər oxuyur. Hazırda Azərbaycanın bir çox universiteti İtaliya ilə əməkdaşlıq edir. Bu əlaqələr daha çox Avropa İttifaqının Tempus proqramı çərçivəsində qurulub”.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2179

Oxşar yazılar