“Azərsu” yenə üzr istəyir
30 oktyabr 2012 10:52 (UTC +04:00)

“Azərsu” yenə üzr istəyir

Bakı şəhəri Yasamal rayonunda yerləşən “+160 Qərb” su anbarından “Qızıl Şərq” adlanan hərbi şəhərcik istiqamətində yeni çəkilmiş 700 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar oktyabrın 30-da gün ərzində Yasamal rayonu Ş. Mehdiyev, A. Abbasov, Şərifzadə, M. Seyidov, Z. Xəlilov küçələrinə və Hüseyn Cavid prospektinin bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yeni magistral xəttin şəbəkəyə qoşulmasından sonra bu ərazilərdə içməli su təchizatı fasiləsiz olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2386

Oxşar yazılar