TQDK əməkdaşları Qazaxıstana gedir
30 oktyabr 2012 10:08 (UTC +04:00)

TQDK əməkdaşları Qazaxıstana gedir

Oktyabr ayının 30-dan 31-dək Qazaxıstan Respublikasının Astana şəhərində “Dərsliklərin işlənməsi, ekspertizası, aprobasiyası, monitorinqi və nəşrinin elmi-metodiki təminat sisteminin təkmilləşdirilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumata verilib. TQDK-nın “Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi” şöbəsinin müdiri Afiqə Batyeva və sektor müdiri Xədicə Əzimova da həmin konfransda iştirak edəcəklər.

Tədbirdə A.Batıyevanın Azərbaycanda dərsliklərin və dərs vəsaitlərinin monitorinqinə dair məruzə ilə çıxışı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar