Daha bir şadlıq sarayı cərimələndi
29 oktyabr 2012 16:23 (UTC +04:00)

Daha bir şadlıq sarayı cərimələndi

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, müəssisədə müxtəlif kulinar məmulatlar və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar texnoloji təlimat və resepturalar olmadan hazırlanır, şadlıq evinin mətbəxi sanitar normalara cavab vermir, mətbəxdə işləyən işçilər yemək hazırlayarkən əlcək, papaq və maskalardan istifadə etmirlər, anbarda məhsulların saxlanma rejiminə riayət olunmur. Anbara baxış zamanı 15 ədəd 3 litrlik balonlarda mənşəyi məlum olmayan, üzərində istehsal tarixi yazılmayan müxtəlif turşular (xiyar, zeytun, kələm) aşkar olunub. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında şadlıq evində hazırlanmış “paytaxt” salatı və “lülə kabab” üçün ət qiyməsindən götürülmüş nümunələrin sınaqları nəticəsində hər iki məhsulda bağırsaq çöpləri qrupundan olan bakteriyalar və “S.aureus” mikroorqanizmləri müəyyən olunub.

Faktla əlaqədar olaraq inzibati protokol tərtib edilərək cərimə edilib, “Cənnət-M” MMC-yə məxsus “Cənnət” şadlıq evində “paytaxt” salatının və “lülə kabab” üçün yarımfabrikat – “ət qiyməsi”nin hazırlanması və satışı qadağan edilib.
Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2738

Oxşar yazılar