Çaylarda sululuq kəskin artıb
29 oktyabr 2012 14:55 (UTC +04:00)

Çaylarda sululuq kəskin artıb

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 27-də yağan leysan xarakterli yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuğun kəskin artımı müşahidə olunub. Belə ki, Lənkərançay-Lənkəranda suyun səviyyəsi 40 sm, Lənkərançay-Sifidorda 37 sm, Vəşərüçay-Daştatükdə isə 54 sm artıb.


Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-140, Kiçik Qafqazın çaylarında 80-85, Lənkəran-Astara bölgəsi çaylarında 20-80, Naxçıvan MR çaylarında isə 55 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 145 m3/s, ongünlük normanın 88 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 187 m3/s və ongünlük normanın 113 faizini təşkil edib.

Oktyabrın 29-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10 sm , Şirvanda 1 sm, Araz çayının Novruzlu məntəqəsində 8 sm artım, Bankədə 7 sm azalma, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.


Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071

Oxşar yazılar