Hava yağmursuz olacaq
30 oktyabr 2012 00:10 (UTC +04:00)

Hava yağmursuz olacaq

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-16, gündüz 20-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir, lakin axşam Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 30-31-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar