Həcc mövsümü başa çatdı
29 oktyabr 2012 13:50 (UTC +04:00)

Həcc mövsümü başa çatdı

Bu il 186 ölkədən 3 milyon 161 min 573 müsəlman həcc ziyarətini yerinə yetirib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu, Səudiyyə Ərəbistanının Statistika və İnformasiya Təşkilatının açıqladığı rəsmi məlumatda əksini tapıb.


Ötən illə müqayisədə bu il hacıların sayı 8 faiz artıb. Həcc mövsümündə hacılara 2 min tərcüməçi, imam hacılara xidmət edib. O cümlədən 4 min 500 səudiyyəli gənc hacılara könüllü xidmət göstərib. Həcc ziyarəti zamanı özünü narahat hiss edən 362 min 740 hacıya tibbi xidmət göstərilib, 35 hacı üzərində açıq ürək əməliyyatı keçirilib.

Həcc mövsümünün sona çatması ilə bağlı Məkkə əmiri şahzadə Xalid mətbuat konfransı keçirib, həcc dönəminin uğurla başa çatdığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1465

Oxşar yazılar