Uşaqlar dövlət uşaq müəssisələrinə niyə düşürlər?
29 oktyabr 2012 13:49 (UTC +04:00)

Uşaqlar dövlət uşaq müəssisələrinə niyə düşürlər?

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməldaşlıq modelinin işlənib hazırlanması” layihəsi ilə əlaqədar keçirilən tədbirdə deyib. Nazir vurğulayıb ki, görülən tədbirlər nəticəsində 2006-2015-ci illəri əhatə edən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı”na cəlb edilən 43 uşaq müəssisəsində təlim-tərbiyə alan uşaqların sayı azalıb: “2008-ci ildə bu müəssisələrdə 14398 uşaq olub, 2012-ci ildə onların sayı 9776 nəfərə enib. Müəssisələrdə gecələyən uşaqların sayı ötən müddətdə 4055-dən 3750 nəfərə qədər azalıb”.

Uşaqların dövlət uşaq müəssisələrinə düşmə səbəblərinin müəyyənləşdirildiyini deyən nazir bildirib ki, uşaqların 47,1 faizi sosial risk qrupuna daxil olan tək anaların uşağıdır.


Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293

Oxşar yazılar